HAQQIMIZDA

Əziz istifadəçi!
Dinimp3.ge İslami bir portalıdır.

Sayt biri-birindən maraqlı audio dinləmə və yükləmə imkanlarına malikdir.

Bildiyimiz kimi müasir dünyamızda kütləvi informasiya vasitələri içərisində virtual və elektron aləm mühüm yer tutur.

Biz Gürcüstanda yaşayan bir qrup gənclər xalqımızın dini biliklərə yiyələnmələrinə, tarix və mədəniyyətini öyrənmələrinə azacıq da olsa yardımçı olmamız məqsədi ilə bu saytı soydaşlarımızın və xüsusilə də möminlərin ixtiyarına ərməğan edirik.

Güman edirik ki, media zənginliyi və informasiya bolluğunun olduğu indiki vaxtda biz də sizlərin zövqünüzü oxşayan və istəklərinizə cavab verən materiallarla təmin edə biləcəyik.

Sizdən isə xahişimiz budur ki, dinlədiyiniz materiallarla bağlı fikir və iradlarınızı, saytımızda hansı bölmənin artmasını və ya azlmasını görmək istədiyinizi bizlərə çatdırasınız. Əmin olun ki, sizin rəy və təkliflərinizin nəzərə alınması bizim işimizin müsbət tərəfinin artmasına və sizlərin də marağınızın təmin olunmasına xidmət edəcəkdir.

ndx_75@inbox.ru